Sığorta
522
“Xalq Həyat Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək

Bakı / 20.05.2022 / Renkinq:
İyunun 29-da, saat 15:00-da “Xalq Həyat Sığorta" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
“Renkinq” xəbər verir ki, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 22L ünvanında olacaq.
Yığıncağın gündəliyinə "Xalq Həyat Sığorta"nın 2021-ci il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi məsələsi daxildir.