Büdcə
246
Gəncə Memorial Kompleksinin konsepsiyası və layihələndirilməsi 734 min manata başa gələcək

Bakı / 19.05.2022 / Renkinq:
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Prezident İlham Əliyevin bu ilin yanvar ayında təməlini qoyduğu Gəncə Memorial Kompleksinin konsepsiyasının hazırlanması (1) və layihələndirilməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
“Renkinq” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq “Chapman Taylor LLP” şirkəti və Komitənin "Azərmemarlayihə" - Dövlət Baş Layihə İnstitutudur.
Qaliblərə müvafiq olaraq 440 min manat və 294 min manat, ümumilikdə 734 min manat ödəniləcək.