Bankçılıq
208
Azərbaycanda dövlət xətti ilə ipoteka krediti götürənlərin sayı 39 mini keçib

Bakı / 19.05.2022 / Renkinq:
Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 39 001 borcalana 2 169,613 milyon manat kredit verib.
“Renkinq” xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 299,658 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1 575 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.