Bankçılıq
170
Azərbaycanda 3 bankın kredit portfeli azalıb

Bakı / 19.05.2022 / Renkinq:
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-nün bu il aprelin 1-nə kredit portfeli illik müqayisədə az olub.
“Renkinq” xəbər verir ki, bunlar “AFB Bank” və “Premium Bank” ASC-lər, Pakistan Milli Bankının Bakı filialıdır.
Ən çox azalma Pakistan bankında (10,1%), ən az azalma isə “AFB Bank”da (3,6%) qeydə alınıb.
1 bankın – “Bank Avrasiya” ASC-nin kredit portfeli dəyişməyib.
Qalan 22 bankın isə kredit portfeli artıb. Ən yüksək dinamika “Zıraat Bank Azərbaycan” ASC-də (60,9%), ən aşağı dinamika isə “Xalq Bank” ASC-də (1,9%) qeydə alınıb.