Büdcə
169
Azərbaycanın xarici ticarət dövriyyəsi 61% artıb

Bakı / 18.05.2022 / Renkinq:
Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 15,864 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
“Renkinq” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyin dövrü ilə müqayisədə 60,4% çoxdur.
Ötən 4 ayda xarici ticarət dövriyyəsinin 11,823 milyard dolları ixracın, 4,041 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 85,8%, idxal isə 14,5% artıb.
Son nəticədə xarici ticarətdə 7,783 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,7 dəfə çoxdur.