Bankçılıq
624
“Access Bank”da filial rəhbəri vəzifəsinə təyinat olub

Bakı / 18.05.2022 / Renkinq:
Bu gündən Vüsalə Həsənova “Access Bank” QSC-də filial rəhbəri kimi fəaliyyətə başlayır. O, Bankda fəaliyyətini “Xəqani” filialının rəhbəri kimi davam etdirəcək.
V.Həsənova Azərbaycan Dillər Universitetinin “Beynəlxalq münasibətlər və Regionşünaslıq” fakültəsini “Amerikaşünaslıq” ixtisası üzrə bakalavr və magistr dərəcələrində fərqlənmə diplomu ilə bitirib. O, Bankın komandasına 2012-ci ildə qoşulub, 2015-ci ildən Müştəri Xidmətləri Aparıcı Mütəxəssisi, 2017-ci ildən QKM Satışı və Bank Xidmətləri üzrə Baş Mütəxəssis, filial rəhbəri təyinatına qədər isə 2020-ci ildən “20 Yanvar” filialında Pərakəndə Bankçılıq üzrə Qrup Rəhbəri işləyib.