Bankçılıq
145

Azərbaycan Mərkəzi Bankı Əmanətlərin Sığortalanması Fonduna kredit qoyuluşunu 14% azaldıb

Azərbaycan Mərkəzi Bankı Əmanətlərin Sığortalanması Fonduna kredit qoyuluşunu 14% azaldıb

Bu ilin yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) Əmanətlərin Sığortalanması Fonduna (ADIF) verdiyi kreditlərin ümumi məbləği 236,6 milyon manat olub.

“Renkinq” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 14,2% çoxdur.

Xatırladaq ki, ADIF-ə verilmiş kreditlərə lisenziyası ləğv edilmiş banklarda fiziki şəxslərin qorunan əmanətlərinin qaytarılması üzrə kompensasiyaların ödənilməsi üçün dövlət zəmanəti ilə aşağı faizli kreditlər daxildir. 2021 və 2020-ci illərdə AMB Fonda illik 0,15%-lə müvafiq olaraq 60 milyon manat və 280 milyon manat kredit verib. Ötən il 40 milyon manatlıq əsas borc ödənilib. Kreditlər ilkin tanınma zamanı Bankın uçot dərəcəsi - (2021-ci ildə 6,25%, 2020-ci ildə 6,5%) tətbiq edilməklə hesablanmış ədalətli dəyərlə qeydə alınıb. 

Bölmədən olan bütün xəbərlər