Bankçılıq
208

Azərbaycanda 12 bankın qiymətli kağızlara investisiyaları azalıb

Azərbaycanda 12 bankın qiymətli kağızlara investisiyaları azalıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 22-nin bu il və ötən il aprelin 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olub ki, bunlardan da 12-də fond bazarına investisiyaların illik dinamikası mənfi olub.

“Renkinq” xəbər verir ki, həmin banklar “AFB Bank”, “Xalq Bank”, “Express Bank”, “PAŞA Bank”, “Bank of Baku”, “Yelo Bank”, “Bank VTB Azərbaycan”, “Bank Respublika” və “Bank BTB” ASC-lər, “Access Bank” QSC, eləcə də Pakistan və İran Milli Banklarının Bakı filiallarıdır. Ən çox azalma "Bank BTB”də (65,2%), ən az azalma isə “AFB Bank”da (1,5%) qeydə alınıb.

10 bankda isə fond bazarına investisiyalar artıb. Bunlar “Naxçıvan Bank”, “Azər-Türk Bank”, “Kapital Bank”, “Bank Avrasiya”, “Unibank”, “Turan Bank”, “Rabitəbank”, “Ziraat Bank Azərbaycan” və “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-lər, “Yapı Kredi Bank” QSC-dir. Ən yüksək dinamika "Naxçıvan Bank”da (11,3 dəfə dəfə), ən aşağı dinamika isə ABB-də (12,2%) qeydə alınıb.

4 bank - "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank" və "Premium Bank" ASC-lər son 1 ildə qiymətli kağızlara bazarına investisiya qoymayıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb. 

Bölmədən olan bütün xəbərlər