Bankçılıq
130

Azərbaycanda 3 bankın qiymətli kağızlara investisiyaları 1 milyard manatdan çoxdur

Azərbaycanda 3 bankın qiymətli kağızlara investisiyaları 1 milyard manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il aprelin 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.

“Renkinq” xəbər verir ki, bunlar "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank" və "Premium Bank" ASC-lərdir.

Digər 22 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 3-də investisiyaların məbləği 1 milyard manatdan çoxdur. Bunlar "Kapital Bank" (1 712,07 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (1 523,481 milyon manat) və "PAŞA Bank" (1 506,004 milyon manat) ASC-lərdir.

Qiymətli kağızlara investisiyaların məbləği 2 bankda 100 milyon manatdan 1 milyard manata qədər, 13 bankda 10-100 milyon manat arasında, 4 bankda isə 10 milyon manatdan azdır. 

Bölmədən olan bütün xəbərlər