Büdcə
152
Azərbaycan əhalisinin gəlirləri 20% artıb

Bakı / 17.05.2022 / Renkinq:
Bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 20 463,2 milyon manat təşkil edib.
"Renkinq" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,5% çoxdur.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 19,1% artaraq 2 038 manata çatıb.