İnvestisiya
478

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 5%-dən çox azalıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 5%-dən çox azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 3 678 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% az vəsait yönəldilib.

“Renkinq” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 29,9% azalıb, qeyri-neft-qaz sektoruna investisiyalar isə 17,9% artıb.

İstifadə olunmuş vəsaitin 2 077,5 milyon manatı və yaxud 56,5%i məhsul istehsalı sahələrinə, 1 370,3 milyon manatı və yaxud 37,2%-i xidmət sahələrinə, 230,2 milyon manatı və yaxud 6,3%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 689,6 milyon manatını və yaxud 73,1%-ni daxili vəsaitlər təşkil edib, 2 725,4 milyon manatı və yaxud 74,1%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,8%, büdcə vəsaitləri 34%, əhalinin şəxsi vəsaitləri 7,4%, sair vəsaitlər 4,2%, bank kreditləri isə 1,6% paya malik olub.

Bölmədən olan bütün xəbərlər