İnvestisiya
348
“Azərbaycan Beynəlxalq Bankı” illik 6%-lə, 20 milyon manatlıq istiqraz buraxır

Bakı / 16.05.2022 / Renkinq:
“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) "Bakı Fond Birjası" QSC-də (BFB) istiqrazlarını yerləşdirməyə hazırlaşır.
“Renkinq” bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.
Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 20 000 ədəd, yəni 20 milyon manatlıq faizli, sənədsiz, adlı, təminatsız istiqrazdan gedir. Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 6%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.