Büdcə
100

Azərbaycanda illik inflyasiya 12%-dən çox olub

Azərbaycanda illik inflyasiya 12%-dən çox olub

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 112,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,4%, qeyri-ərzaq məhsulları üzrə 106,4%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 110,2% təşkil edib.

“Renkinq” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumatda həmçinin deyilir ki, ötən ay istehlak qiymətləri indeksi isə ötən ilin aprel ayına nisbətən 113%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,4%, qeyri-ərzaq məhsulları üzrə 107,1%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 110,2% olub. 

Bölmədən olan bütün xəbərlər