Büdcə
100

Azərbaycanda orta aylıq əmək haqqı 800 manatı keçib

Azərbaycanda orta aylıq əmək haqqı 800 manatı keçib

Bu il aprelin 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 min nəfər və yaxud 1,4% artaraq 1 702,8 min nəfər olub.

“Renkinq” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 905 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 797,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,6%-i təhsil, 18,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,6%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3%-i tikinti, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,9%-i maliyyə və sığorta fəaliyyəti, 13,9%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2022-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2021-ci ilin eyni dövrünə nisbətən 13,4% artaraq 809 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Bölmədən olan bütün xəbərlər