Büdcə
134

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə yeni kredit müqaviləsi imzalayıb

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə yeni kredit müqaviləsi imzalayıb

Bu gün Azərbaycan hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında yeni kredit müqaviləsi imzalanıb. 

"Renkinq" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, müqavilə Bankın "Yaşıl Proqram”ı çərçivəsində Gəncə şəhərində “Bərk məişət tullantılarının idarə edilməsi” layihəsinin maliyyələşdirilməsini nəzərdə tutur. 10 milyon avroluq müqaviləni nazir Samir Şərifov, AYİB-in I vitse-prezidenti Yurgen Rigterink, layihə sazişini isə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov imzalayıb. Bankın Mərakeşdə keçirilən illik toplantısı çərçivəsində videokonfrans formatında təşkil olunmuş imzalanma mərasimində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko və iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov da iştirak edib.

Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Azərbaycanda mühüm institusional investor olan Bankın Azərbaycandakı fəaliyyətinin əsas strateji istiqamətləri iqtisadiyyatın şaxələndirilməsi, kapital bazarlarının inkişafı və "yaşıl iqtisadiyyat"ın dəstəklənməsidir. Bu günə qədər Bank ölkəyə 181 layihə vasitəsilə 3,5 milyard avrodan çox vəsait ayırıb. 

Bölmədən olan bütün xəbərlər