Büdcə
122

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 25% artıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 25% artıb

Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 641,441 milyon manat təşkil edib.

“Renkinq” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,9% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 13,8% artaraq 410,281 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 32,15% artaraq 1 174,524 milyon manat, aksizlər üzrə daxilolmalar 22,1% azalaraq 39,858 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 20,85% artaraq 16,777 milyon manat olub. 

Bölmədən olan bütün xəbərlər