Qeyri-bankçılıq
251

“Falcon Finance” BOKT ötən ili mənfəətlə başa vurub

“Falcon Finance” BOKT ötən ili mənfəətlə başa vurub

“Falcon Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 119 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2020-ci ildən 17 min manat zərərlə çıxmışdı.

“Renkinq” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Falcon Finance”ın vergiyəqədərki mənfəəti 149 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 30 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib.

Bu il yanvarın 1-nə “Falcon Finance”ın aktivləri 1,558 milyon manat olub ki, bu da illik müqayisədə 2,95 dəfə çoxdur. Bunun 1,42 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 3,2 dəfə böyüyüb.

Hesabat dövründə “Falcon Finance”ın öhdəlikləri 7,2 dəfə artaraq 1,057 milyon manata, balans kapitalı isə 31,2% artaraq 501 min manata çatıb.

Bölmədən olan bütün xəbərlər