Sığorta
117

“Qala Sığorta” nizamnamə kapitalından ən yaxşı istifadə edən sığorta şirkətidir

“Qala Sığorta” nizamnamə kapitalından ən yaxşı istifadə edən sığorta şirkətidir

Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkəti ötən ili 60,5 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 330,6 milyon manat məbləğində nizamnamə kapitalının 18,3%-i qədərdir.

Bu, “Renkinq”in apardığı araşdırma nəticəsində məlum olub.

Ayrı-ayrı sığorta şirkətlərində isə sözügedən nisbət fərqlidir. Belə ki, 2021-ci ildən mənfəətlə çıxmış 16 sığorta şirkəti arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Qala Sığorta" ASC olub. Bu şirkətin əldə etdiyi mənfəət kapitalının 2 mislini təşkil edib. Baxmayaraq ki, "Qala Sığorta" nizamnamə kapitalının məbləğinə görə ölkədə 14-cüdür.

Fəaliyyət effektivliyinə görə, 2-ci yeri isə “Atəşgah Həyat Sığorta” ASC tutub. Bu şirkət ötən il nizamnamə kapitalının 98,9%-i qədər mənfəət əldə edib. Bu arada, "Atəşgah Həyat Sığorta” kapitalının məbləğinə görə, 20 sığorta şirkəti arasında 17-ci yerdə qərarlaşıb.

3-cü yerə isə “PAŞA Sığorta" ASC sahib çıxıb. Bu şirkətin illik mənfəəti nizamnamə kapitalının 49,3%-i qədər olub. Halbuki, "PAŞA Sığorta" kapitalının məbləğinə görə, sığorta şirkətləri arasında 2-cidir.

Mənfəətlə işləyən qalan 13 sığorta şirkətindən isə 7-də sözügedən göstərici 10-44% arasında, 6 şirkətdə isə 1-10% arasında dəyişir. 

Sığorta şirkətinin adı

Şirkətin illik

mənfəətinin / zərərinin

nizamnamə kapitalına nisbəti

1

Qala Sığorta

2,0 dəfə

2

Atəşgah Həyat Sığorta

98,9%

3

PAŞA Sığorta

49,3%

4

PAŞA Həyat Sığorta

44,0%

5

Qala Həyat Sığorta

36,4%

6

Aqrar Sığorta

22,8%

7

Azərbaycan Sənaye Sığorta

18,0%

8

Meqa Sığorta

17,0%

9

Naxçıvan Sığorta

14,0%

10

A-Qrup Sığorta

10,1%

11

Xalq Həyat Sığorta

9,3%

12

Xalq Sığorta

8,6%

13

Atəşgah Sığorta

6,6%

14

İpək Yolu Sığorta

6,6%

15

Azsığorta

5,4%

16

Meqa Həyat Sığorta

1,7%

17

Günay Sığorta

-13,7%

18

Atasığorta

-15,5%

19

Bakı Sığorta

-19,2%

20

Azərsığorta

-158,8%

Bölmədən olan bütün xəbərlər