Sığorta
187

“Qala Sığorta” aktivlərindən ən yaxşı istifadə edən sığorta şirkətidir

“Qala Sığorta” aktivlərindən ən yaxşı istifadə edən sığorta şirkətidir

Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkəti ötən ili 60,5 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 1 216,5 milyon manat məbləğində aktivlərin 5%-i qədərdir.

Bu, “Renkinq”in apardığı araşdırma nəticəsində məlum olub.

Ayrı-ayrı sığorta şirkətlərində isə sözügedən nisbət fərqlidir. Belə ki, 2021-ci ildən mənfəətlə çıxmış 16 sığorta şirkəti arasında aktivlərindən ən yaxşı istifadə edəni "Qala Sığorta" ASC olub. Bu şirkətin əldə etdiyi mənfəət aktivlərinin 17,7%-ni təşkil edib. Baxmayaraq ki, "Qala Sığorta" aktivlərinin məbləğinə görə ölkədə 5-cidir.

Fəaliyyət effektivliyinə görə, 2-ci yeri isə “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC tutub. Bu şirkət ötən il aktivlərinin 17,4%-i qədər mənfəət əldə edib. Bu arada, "Aqrar Sığorta" aktivlərinin məbləğinə görə, 20 sığorta şirkəti arasında 20-ci yerdə qərarlaşıb.

3-cü yerə isə “Qala Həyat Sığorta" ASC sahib çıxıb. Bu şirkətin illik mənfəəti aktivlərinin 10,4%-i qədər olub. Halbuki, "Qala Həyat Sığorta" aktivlərinin məbləğinə görə, sığorta şirkətləri arasında 8-cidir.

Mənfəətlə işləyən qalan 13 sığorta şirkətindən isə 1-də sözügedən göstərici 10,3%, 11 şirkətdə 1-10% arasında, 1 şirkətdə isə 0-1% arasında dəyişir. 

Sığorta şirkətinin adı

Şirkətin illik

mənfəətinin / zərərinin

aktivlərinə nisbəti

1

Qala Sığorta

17,7%

2

Aqrar Sığorta

17,4%

3

Qala Həyat Sığorta

10,4%

4

PAŞA Sığorta

10,3%

5

Azərbaycan Sənaye Sığorta

9,6%

6

Atəşgah Həyat Sığorta

9,5%

7

Naxçıvan Sığorta

9,4%

8

Meqa Sığorta

8,4%

9

Xalq Sığorta

6,3%

10

Xalq Həyat Sığorta

5,8%

11

PAŞA Həyat Sığorta

4,5%

12

İpək Yolu Sığorta

4,1%

13

A-Qrup Sığorta

4,0%

14

Azsığorta

2,0%

15

Meqa Həyat Sığorta

1,5%

16

Atəşgah Sığorta

0,8%

17

Günay Sığorta

-6,9%

18

Atasığorta

-13,0%

19

Bakı Sığorta

-14,2%

20

Azərsığorta

-29,1%

Bölmədən olan bütün xəbərlər