Sığorta
388

Azərbaycanda 9 sığorta şirkətinin (xalis) mənfəəti azalıb

Azərbaycanda 9 sığorta şirkətinin (xalis) mənfəəti azalıb

Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 9-nun ötənilki (xalis) mənfəəti əvvəlki illə müqayisədə az olub.  

“Renkinq” xəbər verir ki, bunlar “Azərbaycan Sənaye Sığorta” (ASS), “PAŞA Həyat Sığorta”, “Meqa Sığorta”, “Xalq Sığorta”, “İpək Yolu Sığorta”, “Azsığorta”, “A-Qrup Sığorta”, “Meqa Həyat Sığorta” və “Atəşgah Sığorta” ASC-lərdir.

Ən çox azalma “Atəşgah Sığorta”da (90,2%), ən az azalma isə ASS-də (0,7%) qeydə alınıb.

4 sığorta şirkəti – “Atasığorta”, “Bakı Sığorta” və “Günay Sığorta” ASC-lər, eləcə də Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) ötən ili zərərlə, əvvəlki ili mənfəətlə, 1 sığorta şirkəti – “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC isə ötən ili mənfəətlə, əvvəlki ili isə zərərlə başa vurub. Odur ki, bu şirkətlərin (xalis) mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Qalan 6 sığorta şirkətinin (xalis) mənfəəti isə artıb. Ən yüksək dinamika “Xalq Həyat Sığorta” ASC-də (7 dəfə), ən aşağı dinamika isə “PAŞA Sığorta” ASC-də (19,4%) qeydə alınıb. 

Bölmədən olan bütün xəbərlər