Sığorta
371

Azərbaycanda 5 sığorta şirkətinin ötənilki (xalis) mənfəəti 5 milyon manatdan çoxdur

Azərbaycanda 5 sığorta şirkətinin ötənilki (xalis) mənfəəti 5 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 4-ü ötən ili zərərlə başa vurub.

“Renkinq” xəbər verir ki, bunlar, “Günay Sığorta”, “Bakı Sığorta” və “Atasığorta” ASC-lər, eləcə də Dövlət Sığorta Kommersiya Şirkətidir (“Azərsığorta”).

Qalan 16 sığortaçı müxtəlif məbləğlərdə (xalis) mənfəət əldə edib. Onlardan 5-də sözügedən göstərici 5 milyon manatdan çoxdur. Həmin sığorta şirkətləri “PAŞA Sığorta” (24,634 milyon manat), “PAŞA Həyat Sığorta” (17,714 milyon manat), “Qala Sığorta” (9,373 milyon manat), “Atəşgah Həyat Sığorta” (6,432 milyon manat) və “Xalq Sığorta” (5,029 milyon manat) ASC-lərdir.

Qalan 11 sığorta şirkətindən 5-nin (xalis) mənfəəti 1-5 milyon manat arasında, 6 şirkətin (xalis) mənfəəti isə 1 milyon manatdan azdır. 

Bölmədən olan bütün xəbərlər