Sığorta
294

Azərbaycanda 9 sığorta şirkətinin maliyyə mənfəəti azalıb

Azərbaycanda 9 sığorta şirkətinin maliyyə mənfəəti azalıb

Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 9-nun ötənilki maliyyə mənfəəti əvvəlki illə müqayisədə az olub.  

“Renkinq” xəbər verir ki, bunlar “Azərbaycan Sənaye Sığorta” (ASS), “PAŞA Həyat Sığorta”, “Meqa Sığorta”, “Xalq Sığorta”, “İpək Yolu Sığorta”, “Azsığorta”, “Meqa Həyat Sığorta”, “A-Qrup Sığorta” və “Atəşgah Sığorta” ASC-lərdir.

Ən çox azalma “Atəşgah Sığorta”da (89,7%), ən az azalma isə ASS-də (0,7%) qeydə alınıb.

4 sığorta şirkəti – “Atasığorta”, “Bakı Sığorta” və “Günay Sığorta” ASC-lər, eləcə də Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) ötən il maliyyə zərərinə uğrasa da, əvvəlki il maliyyə mənfəəti əldə edib, 1 sığorta şirkəti – “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC isə ötən il maliyyə mənfəəti əldə etsə də, əvvəlki il maliyyə zərərinə uğrayıb. Odur ki, bu şirkətlərin maliyyə mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Qalan 6 sığorta şirkətinin maliyyə mənfəəti isə artıb. Ən yüksək dinamika “Xalq Həyat Sığorta” ASC-də (7,7 dəfə), ən aşağı dinamika isə “PAŞA Sığorta” ASC-də (3,4%) qeydə alınıb. 

Bölmədən olan bütün xəbərlər