İnvestisiya
258
“Silk Vey Vest Aviaşirkəti”nin istiqrazlarına 10 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də “Silk Vey Vest Aviaşirkəti" MMC-nin 10 milyon ABŞ dolları dəyərində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Renkinq" bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, hərraca hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 10 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz çıxarılıb. Qiymətli kağızlar standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub.
İstiqrazlara 10 investor 2 milyon manatlıq 10 sifariş təqdim edib və yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 3 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Emintentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.