İnvestisiya
416

Milli Depozit Mərkəzi apreldə kupon ödənişlərinin məbləğini açıqlayıb

Milli Depozit Mərkəzi apreldə kupon ödənişlərinin məbləğini açıqlayıb

Milli Depozit Mərkəzi bu ilin aprel ayında ödəniş agenti qismində dövlət qiymətli kağızları və korporativ istiqrazlar üzrə həyata keçirdiyi kupon ödənişlərinin məbləğini açıqlayıb.

“Renkinq”in məlumatına görə, ötən ay qurum 111 investor üzrə 73 milyon manat və 0,2 milyon ABŞ dolları (ümumilikdə 73,3 milyon manat) ödəniş edib.

Ödənişlər Maliyyə Nazirliyi, "Unibank" ASC, "Embafinans” QSC bank olmayan kredit təşkilatı (BOKT), "Azərbaycan Supermarket" və "Ferrum Kapital" MMC-lər üçün həyata keçirilib.

Bölmədən olan bütün xəbərlər