İnvestisiya
198

Bakı Fond Birjasının dövriyyəsi 12% artıb

Bakı Fond Birjasının dövriyyəsi 12% artıb

Bu ilin yanvar-aprel aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri  6 470,138 milyon manat təşkil edib.

“Renkinq” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 12,1% çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 3,4% azalaraq 3 584 olub.

BFB-nin dövriyyəsinin 54,6%-i və yaxud 3 530,369 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 8,4% azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 2,9 dəfə artaraq 398,433 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 42,5% artaraq 2 541,336 milyon manat olub. 

Bölmədən olan bütün xəbərlər