İnvestisiya
1289
İKZF qiymətli kağızlar bazarından cəlb etdiyi vəsaitin məbləğini açıqlayıb

Bakı / 29.04.2022 / Renkinq:
İpoteka Kredit Zəmanət Fondu (İKZF) son 13 ildə istiqraz buraxmaqla 1,58 milyard manat vəsait cəlb edib.
"Renkinq" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, İKZF 2009-cu ildə təmin edilmiş istiqrazların, 2016-cı ildən isə ipoteka istiqrazlarının emissiyasına başlayıb. Fondun emissiya etdiyi istiqrazların orta müddət 20 ildir. Hazırda qurum qiymətli kağızlar bazarında Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankından sonra ən iri emitentdir.