İnvestisiya
575

SOCAR-ın yeni istiqrazları ilə 21 milyon dollarlıq təkrar bazar əməliyyatları aparılıb

SOCAR-ın yeni istiqrazları ilə 21 milyon dollarlıq təkrar bazar əməliyyatları aparılıb

Dövlət Neft Şirkətinin (SOCAR) yeni istiqrazlarının dövriyyəyə buraxıldığı 6 ay ərzində onlarla 21 milyon ABŞ dolları məbləğində təkrar bazar əməliyyatları aparılıb.

“Renkinq” bu barədə “SOCAR Kapital” MMC-yə istinadən xəbər verir.

Məlumata görə, indiyə qədər "Bakı Fond Birjası" QSC-də yeni istiqrazların təkrar alqı-satqısı ilə bağlı 160-dan çox əqd bağlanılıb. Hazırda bu qiymətli kağızlar Birjada ən çox ticarət olunan korporativ maliyyə alətidir.

Bu ay SOCAR İstiqrazları 1 094 dollardan alınıb-satılıb ki, bu da indiyə qədər qeydə alınmış ən yüksək qiymətdir. Ümumiyyətlə isə istiqrazların qiyməti heç vaxt nominal dəyərindən (1 000 dollar) aşağı düşməyib.

Yeni SOCAR istiqrazlarına görə 2-ci kupon ödənişi mayın 4-də - Ramazan bayramından sonra həyata keçiriləcək.

Bölmədən olan bütün xəbərlər