Qeyri-bankçılıq
397

Azərbaycan BOKT-larının xalis mənfəəti 3 dəfədən çox artıb

Azərbaycan BOKT-larının xalis mənfəəti 3 dəfədən çox artıb

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin yanvar-mart aylarını 7,2 milyon manat xalis mənfəətlə başa vurub.

"Renkinq" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,4 dəfə çoxdur.

Ötən il BOKT-ların gəlirləri 25,6 milyon manat (illik müqayisədə 42,2% çox), xərcləri 16,9 milyon manat (24,3% çox), xüsusi ehtiyatlara ayırmaları 1,3 milyon manat (31,6% çox), gözlənilməz gəlirləri 0,3 milyon manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 0,5 milyon manat (25% çox) təşkil edib.

Bu il aprelin 1-nə BOKT-ların aktivləri 415,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 28,8% çoxdur. Bunun 308,2 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 34,2% böyüyüb.

Hesabat dövründə BOKT-ların öhdəlikləri 31,8% artaraq 236,3 milyon manata, balans kapitalı isə 25% artaraq 179,2 milyon manata, o cümlədən nizamnamə kapitalı isə 23,9% artaraq 154,1 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər