Bankçılıq
554
"Atabank" və "Zamin Bank"ın əmlakları icarəyə veriləcək

Bakı / 28.01.2022 / Renkinq:
Fevralın 21-də ləğv prosesində olan "Atabank" və "Zamin Bank" ASC-lərin daşınmaz əmlaklarının icarəyə verilməsi üzrə açıq hərraclar keçiriləcək.
"Renkinq" xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət "Atabank"a məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsindəki 496,4 kv.m-lik və "Zamin Bank"a məxsus Ağcabədi şəhəri, Həzi Aslanov küçəsindəki 123,1 kv.m-lik qeyri-yaşayış sahələrindən gedir.
Hərraclarda iştirak üçün ərizələr fevralın 18-nə qədər qəbul olunur. Hərraclar ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasında olacaq.