Büdcə
243
Azərbaycan Mərkəzi Bankı inflyasiya ilə bağlı yeni proqnozlarını açıqlayıb

Bakı / 28.01.2022 / Renkinq:
"Bu il Azərbaycanda illik inflyasiyanın hədəf diapozonundan (2-6%) yuxarı - 6,6-7,5% təşkil edəcəyi gözlənilir".
“Renkinq” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov yanvarın 28-də keçirdiyi mətbuat konfrasında bildirib.
"Gələn il isə illik inflyasiyanın hədəf diapazonuna yaxın olacağını proqnozlaşdırırıq", - deyə o, qeyd edib.
Xatırladaq ki, ötən il ölkədə qiymətlər orta hesabla 6,7% artıb.
Mənbə: REPORT