İnvestisiya
313

Azərbaycanda 84 günlük notlar yenidən dövriyyəyə buraxılıb

Azərbaycanda 84 günlük notlar yenidən dövriyyəyə buraxılıb

Bu gündən Azərbaycan Mərkəzi Bankı (AMB) 84 günlük notlarını yenidən dövriyyəyə buraxıb.

"Renkinq" bu barədə “Bakı Fond Birjası” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, Birjada AMB-nin 30 milyon manatlıq, 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərraca 17 investor qiyməti intervalı 98,6193 manat (6%) və 99,2129 manat (3.4%) olan 19 sifariş təqdim edib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 279,764 milyon manat olub. Son nəticədə notların hamısı yerləşdirilib. AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99,2129 manat (3,4%) müəyyən edilib.

Beləliklə, hazırda AMB-nin dövriyyədə 430 milyon manatlıq notu var. Bunun 400 milyon manatlıq hissəsi 28 günlük notlardır ki, illik 6,1% gəlirliliklə buraxılıb. Qalan 30 milyon manatlıq not isə bu gündən illik 3,4% gəlirliliklə dövriyyədədir. 

Bölmədən olan bütün xəbərlər