Bankçılıq
235

"Kapital Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək

Martın 14-də, saat 11:00-da “Kapital Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Renkinq" xəbər verir ki, yığıncaq Bankın baş ofisinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 2E ünvanındakı inzibati binasında olacaq.

Yığıncağın gündəliyinə “Kapital Bank”ın 2021-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması, səhmdarlara dividend ödənilməsi, Bankın Müşahidə Şurasının Əsasnaməsinin və tərkibinin nəzərdən keçirilməsi, kredit təşkilatının Nizamnaməsinin, yığıncağın Əsasnaməsinin yeni redaksiyada təsdiq edilməsi, eləcə də digər məsələlər daxildir. 

Bölmədən olan bütün xəbərlər