Büdcə
186

Azərbaycanın xarici ticarət dövriyyəsi 39% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 39% artıb

2021-ci ildə Azərbaycan xarici ölkələrlə 33,912 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

"Renkinq" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 38,6% çoxdur.

Ötən il xarici ticarət dövriyyəsinin 22,207 milyard dolları ixracın, 11,706 milyard dolları isə idxalın payına düşüb. Əvvəlki ilə nisbətən ixrac 61,6%, idxal isə 9,1% artıb.

Son nəticədə xarici ticarətdə 10,501 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 3,5 dəfə çoxdur.

Bölmədən olan bütün xəbərlər