Bankçılıq
289

“Bank VTB Azərbaycan” nağd pul kreditinin maksimal məbləğini artırdı

“Bank VTB Azərbaycan” nağd pul kreditinin maksimal məbləğini artırdı

“Bank VTB Azərbaycan” ASC nağd pul kreditinin maksimal məbləğini 40 min manata çatdırıb. Krediti almaq üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir, gəliri və məşğulluğu təsdiq edən sənədlər, habelə zamin tələb olunmur.

Nağd pul kreditini 6 aydan 60 aya qədər müddətə əldə edə bilərsiniz. İllik faiz dərəcəsi 15%-dən başlayır. Kreditin rəsmiləşdirilməsi üçün komissiya tutulmur. Yenidən maliyyələşdirmə proqramı çərçivəsində digər banklardan alınan bir neçə krediti birləşdirə, onlar üzrə olan borcu ödəyə, həmçinin əlavə vəsait əldə edə bilərsiniz.

“Bank VTB Azərbaycan” üçün müştərilərin müraciətlərinə vaxtında cavab vermək, onları lazımi vəsaitlə təmin etmək strateji əhəmiyyət kəsb edir. Bankın məhsullarına tələbat durmadan artır – 2021-ci ildə nağd pul krediti üzrə portfel 3,1 dəfə artaraq 53,5 milyon manata çatıb. Bank məhsullarına bu qədər artan marağı nəzərə alaraq, inanırıq ki, yeni təklifimiz borcalanlar üçün aktual olacaq və onların maliyyə problemlərini vaxtında həll etməyə imkan verəcək. Qeyd edək ki, istehlak kreditləşməsinin artması ilə biz müştərilərimizin borc yükünü yaxından izləyir, onların borclanmasının qarşısını alırıq. Hazırda bankın vaxtı keçmiş borclar portfeli məqbul dəyərdədir”, - deyə “Bank VTB Azərbaycan”ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeniy Borodin bildirib.

Müştərilər kredit müraciətini bankın veb-saytına, “Facebook” və “WhatsApp” messencerlərindəki “Direct” çat-banka, həmçinin Bankın 986 qısa nömrəli əlaqə mərkəzinə müraciət edərək ünvanlaya bilərlər.

Bölmədən olan bütün xəbərlər