Bankçılıq
316
Azərbaycanda ödəniş kartlarının sayı 20% artıb

Bakı / 28.01.2022 / Renkinq:
Bu il yanvarın 1-nə Azərbaycanda 11,04 milyon ədəd ödəniş kartı olub.
"Renkinq" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 19,6% çoxdur. Artım debet kartlarında 19%, kredit kartlarında isə 28% təşkil edib.