Bankçılıq
309

"Zamin Bank"ın daha iki əmlakı hərraca çıxarılacaq

Fevralın 17-də, saat 11:00-da “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-də (Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, 119C, "Aften Plaza" iş mərkəzi, 4-cü mərtəbə) ləğv prosesində olan "Zamin Bank" ASC-nin daşınmaz əmlakı açıq hərraca çıxarılacaq. 

“Renkinq” bu barədə Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) istinadən xəbər verir.

Məlumata görə, əmlaklar Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi, ev 251, mənzil 11 və 12 ünvanlarında yerləşən, ümumi sahəsi 30,8 kv.m və 33,2 kv.m olan yaşayış sahələridir. Onların ilkin satış qiyməti 460,8 min manatdır.  Hərrac iştirakçıları bu məbləğin 5%-ni beh kimi hərrac təşkilatına ödəməlidir. Alış qiyməti isə 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. 

Hərracda iştirak etmək üçün fiziki şəxslər şəxsiyyət vəsiqələrini, hüquqi şəxslər isə təsis sənədlərini təqdim etməlidirlər. Telefon: (050/055) 206-66-67.

Bölmədən olan bütün xəbərlər