İnvestisiya
296

“Azfinance İnvestisiya Şirkəti” 1 milyon dollarlıq istiqraz yerləşdirib

“Azfinance İnvestisiya Şirkəti” 1 milyon dollarlıq istiqraz yerləşdirib

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) “Azfinance İnvestisiya Şirkəti” QSC-nin 1 milyon ABŞ dolları dəyərində diskontlu, təminatsız, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Renkinq”ə BFB-dən bildirilib.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə sözügedən istiqrazlar standart bazar seqmentində listinqə daxil edilib. Söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 1 000 ədəd istiqrazdan gedir.

Hərraca 1 investor ümumi dəyəri 1 milyon dollar olan 1 sifariş təqdim edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib. Qiymətli kağızlar 18 ay müddətində tədavüldə olacaq. Prosesin anderrayteri emitent özüdür.

İstiqrazların tədavüldə olduğu müddətdə emitentin onları geri alması nəzərdə tutulmayıb. Fiziki şəxslər istiqrazlar üzrə onlara ödənilən faizlərdən (kupon) vergi ödəməyəcəklər. Hüquqi şəxslər isə əldə etdikləri faizlərin 10%-i qədər vergi ödəməli olacaqlar.

Bölmədən olan bütün xəbərlər