Bankçılıq
215
“Bank VTB Azərbaycan”ın səhmdarlarının yığıncağı keçiriləcək

Bakı / 27.01.2022 / Renkinq:
Fevralın 28-də, saat 12:00-da “Bank VTB Azərbaycan” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Renkinq” bu barədə Banka istinadən xəbər verir.
Yığıncaq "Bank VTB Azərbaycan"ın Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında ("Messenat Plaza" iş mərkəzi) yerləşən baş ofisində olacaq. Səhmdarlar yığıncağın gündəliyi ilə elə baş ofisdə tanış ola bilərlər.