Bankçılıq
239

“Gunay Bank” ötən ili uğurla başa vurub

“Gunay Bank” ötən ili uğurla başa vurub

“Günay Bank” ASC-nin ictimailəşdirdiyi illik hesabatdan məlum olur ki, Bank 2021-ci ili də əvvəlki illərin davamı olaraq uğurla başa vurub.

Belə ki, Bank ötən il üzrə ümumilikdə 409,6 min manat mənfəət əldə edib.

Bankın ümumi aktivləri isə 11,427 milyon manat və yaxud 5% artaraq, 256,469 milyon manaya yüksəlib.

Bankın kredit portfeli də 10,389 milyon manat və yaxud 5% artaraq 203,489 milyon manata çatıb.

Qeyd olunan göstəricilərdən məlum olur ki, “Günay Bank” dayanıqlı bankçılıq fəaliyyətini uğurla davam etdirir.

Bölmədən olan bütün xəbərlər