Büdcə
204

"Bakı Metropoliteni" auditor seçir

"Bakı Metropoliteni" QSC 2021-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.

"Renkinq" xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.

İddiaçılar ilkin sənədləri fevralın 16-sı, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə fevralın 24-ü, saat 15:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.

Tenderin nəticəsi fevralın 25-də, saat 15:00-da portalda açıqlanacaq.

Bölmədən olan bütün xəbərlər