İnvestisiya
268
AMB-nin dövriyyədə olan notları bir illik fasilədən sonra artmağa başlayıb

Bakı / 27.01.2022 / Renkinq:
Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının ümumi dəyəri 400 milyon manat təşkil edir.
"Renkinq" quruma istinadən xəbər verir ki, bu, yanvarın 12-si ilə müqayisədə 200 milyon manat və yaxud 2 dəfə çoxdur.
Xatırladaq ki, AMB-nin dövriyyədə olan notlarının ümumi dəyəri ötən il oktyabrın 6-dan bəri ilk dəfədir ki, dəyişir. Sonuncu dəfə notlarda artım isə ötən il fevralın 10-da olub.