İnvestisiya
257

Azərbaycanda investorlar və investisya şirkətləri üçün yeni xidmət istifadəyə verilib

Azərbaycanda investorlar və investisya şirkətləri üçün yeni xidmət istifadəyə verilib

Milli Depozit Mərkəzi (MDM) qiymətli kağızlar sahəsində investor və investisiya şirkətlərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə yeni “Marja” subhesabını istifadəyə verib.

Bu barədə “Renkinq”ə MDM-dən bildirilib.

İnvestorlar təqdim olunmuş yeni subhesaba qiymətli kağızları girova qoymaqla, investisiya şirkətləri vasitəsi ilə əlavə ticarət limitləri əldə edə biləcəklər. Qiymətli kağız mülkiyyətçiləri investisiya şirlətləri qarşısında öz öhdəliklərini icra edənə qədər kağızlar bu subhesablarda saxlanılır. Bu da öz növbəsində qiymətli kağızlar bazarının inkişafına öz töhvəsini verəcək.

Qiymətli kağız mülkiyyətçiləri sahib olduqları depo və yaxud marja hesabları üzrə əməliyyatları Mərkəzi Depozitar sistemində mövcud olan şəxsi elektron kabinetləri vasitəsilə real vaxt rejmində həyata keçirə bilirlər.

Bölmədən olan bütün xəbərlər