İnvestisiya
219

"Azfinance İnvestisiya Şirkəti"nin dollar istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Yanvarın 27-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Azfinance İnvestisiya Şirkəti" QSC-nin ABŞ dolları ilə yeni istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Renkinq" bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə ümumi dəyəri 1 milyon dollar olan istiqrazlar standart bazar seqmentində listinqə daxil edilib. Söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 1 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək və 540 gün müddətində tədavüldə olacaq. Prosesin anderrayteri emintent özüdür. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emintentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.

Bölmədən olan bütün xəbərlər