Büdcə
796
Enerji Məsələlərini Tənzimləmə Agentliyi auditor seçir

Bakı / 25.01.2022 / Renkinq:
Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləməsi Agentliyi 2021-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.
“Renkinq” xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.
İddiaçılar təkliflərini fevralın 9-u, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.
Sorğunun nəticəsi fevralın 10-da, saat 11:00-da portalda açıqlanacaq.