Sığorta
202
“Standard Insurance”in baş ofisinin satışına dair növbəti hərrac keçiriləcək

Yanvarın 28-də, saat 11:00-da ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-nin baş ofisinin satışına dair növbəti hərrac keçiriləcək.
Bu barədə “Renkinq”ə qurumun Ləğvetmə Komissiyasından (İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov rəhbərlik edir) bildirilib.
Məlumata görə, "Əmlak Hərrac Mərkəzi" MMC-nin təşkil edəcəyi hərrac Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 4A ünvanında olacaq və paytaxtın Nəsimi rayonunun Şəmsi Bədəlbəyli küçəsində 4 mənzilin birləşdirilməsi ilə yaradılmış 359 kvm-lik ofis alıcılara təklif ediləcək.
Əmlak üçün 862,5 min manat qiymət müəyyən olunub. Bu məbləğin 1%-i, yəni 8 625 manat beh kimi ödənilməlidir.
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək mümkündür:
https://birjanews.az/herrac-elanlar/124
Sığorta şirkətinin digər əmlaklarının qanunvericiliyə və hərrac qaydalarına əsasən açıq satışı davam edəcək, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək.