Sığorta
159

İpoteka və Kredit Zəmanət Fondu sığortaçı seçib

İpoteka və Kredit Zəmanət Fondu sığortaçı seçib

İpoteka və Kredit Zəmanət Fondu istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

“Renkinq” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Qala Həyat Sığorta” ASC-dir.

Qalib şirkətə 29,6 min manat ödəniləcək.

Bölmədən olan bütün xəbərlər