Büdcə
245
Azərbaycanda dövlət büdcəsinə sair daxilolmalar proqnozu 75% üstələyib

Bakı / 21.01.2022 / Renkinq:
2021-ci ildə Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 612,9 milyon manat təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 2,8% çoxdur.
“Renkinq” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, ötən il dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan büdcəyə 880 milyon manat, Azərbaycan Mərkəzi Bankının mənfəətindən ayırmalar hesabına isə 250 milyon manat və yaxud proqnozla nəzərdə tutulmuş məbləğlərdə vəsait daxil olub.
Dövlət büdcəsinə sair daxilolmalar isə 412 milyon manat təşkil edib ki, bu da proqnozdan 74,6% çoxdur.