İnvestisiya
317

“Ferrum Kapital”ın yeni istiqrazları üzrə hərracın tarixi açıqlanıb

“Ferrum Kapital”ın yeni istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Yanvarın 25-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Ferrum Kaptial" MMC-nin yeni istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Renkinq” bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə "Ferrum Kaptial"un ümumi dəyəri 5 milyon manat olan yeni istiqrazları standart bazar seqmentində listinqə daxil edilib. Söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 5 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək və 12 ay müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 11,5%-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emintentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.

Bölmədən olan bütün xəbərlər