Büdcə
264
Azərbaycan ötən il büdcə kəsrini bağlamaq üçün 558 milyon manat borc alıb

Bakı / 21.01.2022 / Renkinq:
2021-ci ildə Azərbaycanda dövlət büdcəsinin kəsiri 3 116 milyon manat proqnozlaşdırılsa da, faktiki 1 017 milyon manat təşkil etməklə proqnozdan 67,4% az olub.
“Renkinq” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, kəsrin maliyyələşdirilməsi imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (346,6 milyon manat), daxili və xarici borclanma (557,7 milyon manat) və dövlət əmlakının özəlləşdirməsindən daxil olan vəsait (112,7 milyon manat) hesabına həyata keçirilib.