Büdcə
224

Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü xərcləri 7%-ə yaxın artıb

Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü xərcləri 7%-ə yaxın artıb

2021-ci ildə Azərbaycanda iqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsi xərclərinin 10 297,1 milyon manatı sosialyönlü xərclər (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq alınması xərcləri) olub. Bu isə əvvəlki ilə nisbətən 6,7% çoxdur.

“Renkinq” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, ötən il 27 412,5 milyon manatlıq büdcə xərclərinin 16 588,3 milyon manatını cari xərclər, 8 625,4 milyon manatını əsaslı xərclər, 2 198,8 milyon manatını isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edib.

Bunlar isə 2020-ci illə müqayisədə müvafiq olaraq 0,4% az, 7,4% çox və 27,4% çoxdur. 

Bölmədən olan bütün xəbərlər